Azərbaycanda "Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması" Qaydaları təsdiq olunub. SİA-nın məlumatına görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə təsdiqlənən qaydalar 2015-ci ildə qüvvəyə minəcək. Yeni qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, dilerlər, fond birjaları, depozitarlar, klirinq təşkilatları və qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən QKDK-ya təqdim edilən hesabatlara dair tələbləri, habelə onların QKDK-ya təqdim edilməsi və açıqlanması proseslərini tənzimləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB