Musa Quliyev: “Biz vətəndaşlarımızın geri qayıtmasına sevinməliyik” MÜNASİBƏT
"Azərbaycanda sosial-iqtisadi inkişafın yüksəlməsi, yeni iş yerlərinin yaranması, biznes mühitində azad şəraitin yaradılması, rəqabət qabiliyyətinin artması təbii ki, iş adamlarının Azərbaycana olan marağını artırır. O cümlədən Azərbaycanda doğulmuş, burada yaşamış, lakin xaricdə çalışan vətəndaşların da öz vətənlərində çalışmaq həvəsi artır. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların isə təsiri yalnız o ola bilər ki, Rusiyada olan müəyyən böhranlarla bağlı vəziyyət kiçik sahibkarlıqla məşğul olanları qane etməsin və onlar da Azərbaycana qayıdıb fəaliyyətini burada davam etdirsin". Bu fikirləri SİA-ya millət vəkili Musa Quliyev Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən ölkəyə qayıdan vətəndaşların iqtisadi durumu ilə bağlı məsləyə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda yeni fəaliyyətə başlayacaq layihələrin icrası zamanı geri qayıdan vətəndaşlarımızın işlə təmin olma imkanları var: "Əslində biz buna sevinməliyik ki, işçi qüvvəsi, potensialı olan vətəndaşlarımız vətənə qayıdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dünyada rəqabətlilik qabiliyyətinə görə 38-ci yerdədir. Həmçinin, ölkədə sahibkarlıq mühitinin inkişafı üçün hər bir şərait yaradılıb. Bizim çox inkişaf etmiş və işçi qüvvəsi tələb edən sahələrimiz var. Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya psixologiyası, neft-qaz sənayesi, nəqliyyat sistemi işçi qüvvəsi tələb edən sahələrdəndir. Xüsusilə qeyd etmək lazımdır ki, Bakıda böyük liman tikilir, həmin limanın dəniz daşımalarında, Bakı-Ərzurum-Qars neft kəməri nəzdində dəmir yolu açılır, onun istismarında, tikintisində, TAP və TANAP layihələrində on minlərlə işçi qüvvəsi lazım olacaq. Buna görə də azərbaycanlıların Rusiyan, Ukrayna, Qazaxıstan və digər ölkələrdən geri qayıtması müsbət qiymətləndirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB