Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard yeni təklifi ilə dünya gündəminə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Laqard dünya iqtisadiyyatının "sönük vəziyyətə" düşməməsi üçün iqtisadiyyata yeni yolların açılmasının zəruri olduğunu bildirib. O, ifadəsində qlobal iqtisadiyyatdakı ləng və xaotik böyümənin, tarixdə bir neçə dəfə rastlanan "sönük vəziyyətə" gətirəcəyini deyib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısından sonra mətbuat konfransında çıxış edən Laqard, iqtisadi artımın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə sürətlə getdiyini vurğulasa da, vəziyyətin heç də ürəkaçan olmadığını, bəzi ölkələrin hələ də geridə qaldığını ifadə edib. O vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrdən olan Çində iqtisadiyyat zəifləsə də, digər sahələrdə inkişaf lazımi dərəcədə olub. Laqard Hindistanın təxmin edilənlər arasında daha çox inkişaf etdiyini qeyd edib. O, Rusiya və Braziliya iqtisadiyyatında ciddi ləngimənin olduğuna da qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB