2015-ci ilin martında Türkiyədə "Akkuyu" atom elektrik stansiyasının (AES) tikintisinə başlanılacaq. Bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, AES-in tikintisi Türkiyə üçün xüsusi önəm kəsb edir.
Qeyd edək ki, Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu ilk "Akkuyu" AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.
Stansiyanın hər blokunun gücü 1200 meqavat, ümumi gücü isə 4800 meqavat təşkil edəcək. Blokların bir illik fasilə ilə ardıcıl istismara veriləcəyi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB