Sayğaclaşma işlərinin tətbiqi dairəsinin genişləndirilməsi ilə yanaşı, onlara mütəmadi texniki xidmət göstərilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə "Azərsu" ASC tərəfindən su sayğaclarının sınağı laboratoriyasının yaradılmasına qərar verilib.
ASC-dən bildiriblər ki, hazırda laboratoriyada son tamamlama işləri həyata keçirilir. Laboratoriyanın binası su sayğaclarının sınağı, təmiri sahələrindən, anbar, inzibati və yardımçı hissələrdən ibarətdir. Burada Türkiyənin və Avropa ölkələrinin istehsalı olan müasir cihaz və avadanlıq quraşdırılıb, işçilərin fəaliyyəti üçün zəruri əmək şəraiti yaradılıb.
Laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçiriləcək.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təlimatına uyğun olaraq məişətdə istifadə olunan su sayğacları 5 ildə ən azı bir dəfə, sənayedə istifadə olunan sayğaclar isə ildə bir dəfə yoxlamadan keçirilməlidir.
Hazırda su sayğaclarının sınağı laboratoriyası akkreditasiyadan keçmə mərhələsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB