"Əsrin Müqaviləsi"nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində ABŞ dövlət katibi Con Kerrinin məktubu oxunub. SİA-nın məlumatına görə, məktubu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Amos Hokştayn oxuyub.
"Azərbaycan nəhəng neft hasilatçısına çevrilib: "ABŞ və Azərbaycan arasında əlaqələr güclü olub. Bu əlaqələr bundan sonra daha da güclənəcək. Bu layihə Azərbaycan, Türkiyə və Avropa üçün mühüm əhəmiyyət kəsb edir. 96 il əvvəl Azərbaycan əzmkarlıq nümayiş etdirib. Azərbaycan bu gün də əzmkarlığını davam etdirir. ABŞ Cənub Qaz Dəhlizi kimi tarixi layihədə yaxından iştirak etməyə hazırdır" -,deyə məktubda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB