Bolqarıstan prezidenti:"Cənub Qaz Dəhlizi qaz asılılığının sonu olacaq"
"Bolqarıstan qazdan ən çox zərər çəkmiş ölkədir. Alternativ marşurutlar bizim üçün prioritet olub". SİA-mın xəbərinə görə, bu sözlər Bolqarıstan prezidenti Rosen Plevneliev "Əsrin Müqaviləsi"nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində çıxış edərkən deyib.
O bildirib ki, Ukraynadakı böhran enerji marşrutların nə dərəcədə önəmli olduğunu ortaya qoyub: "Cənub Qaz Dəhlizi illər uzunu həyata keçirilmiş qaz asılılığının sonu olacaq. Rəqabətlilik və ədalətli qiymətlərin təklif edilməsi baxımından da Cənub Qaz Dəhlizi əhəmiyyətli olacaq. Bu Bolqarıstanı qazla təmin edəcək, Rumıniya, Serbiya və digər ölkələrə də qaz ixrac ediləcək. 2016-cı ilə qədər Yunanıstanla birləşdirici kəməri istifadəyə verəcəyik. Biz həmçinin Türkiyə ilə Bolqarıstanı birləşdirən kəməri ən qısa zqmanda istifadəyə verməyə çalışacağıq. 2019-cu ildən 1 milyard kubmetr qaz Bolqarıstana ixrac ediləcək, gələcəkdə bu həcmlər artacaq: "Biz Azərbaycanın xarici bazarlara çıxışını da təmin edəcəyik. Bu, NABUCCO-nun komponentlərindən biridir. Avropaya yeni xəbərdarlıq lazım deyil, biz real işlərə başlamalıyıq. Bu gün Avropanın enerji təchizatı sahəsində mühüm addım atılır. Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Biz şəbəkələrimizi, iqtisadiyyatımızı birləşdirərək, xalqlarımızın iradəsini həyata keçiririk ki, dostluq və tərəfdaşlıq regionumuzda bərqərar olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB