“Səs” qəzetinin redaksiyasında "Əsrin müqaviləsi" ilə bağlı tədbir keçirilir

“Səs” qəzetinin redaksiyasında "Əsrin müqaviləsi" ilə bağlı tədbir keçirilir

1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin nüfuzlu neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. "Səs" qəzeti Ulu Öndərimizin dövlətimizin inkişafı, xalqımızın sosial rifah halının yaxşılaşdırılmasına hesablanan "Əsrin müqaviləsi" layihəsinin 20 ilik yubileyi münasibəti ilə dəyirmi masa keçirməkdə məqsədi dövrlə gedən prosesləri hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin, iqtisadçı ekspertlərin iştirakı ilə bir daha müzakirə edib cəmiyyətə çatdırmaqdır. Dəyirmi masada millət vəkilləri Aydın Mirzəzadə, Vahid Əhmədov, Hüseynbala Mirələmov, Ruslan Atakişiyev, İqtisad Universitetinin dekanı Mənsur Bərxudarov, iqtisadçı-ekspertlər Vüqar Bayramlı və Aydın Hüseynov iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə