Ötən ay BTC-dən 2 milyon 475 min 365 ton neft nəql olunub

Ötən ay BTC-dən 2 milyon 475 min 365 ton neft nəql olunub

2014-cü ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 475 min 365 ton Azərbaycan nefti nəql olunub. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, cari ilin yanvar - avqust aylarında bu kəmərlə 19 milyon 570 min 007 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il sentyabr ayının 1-ə qədər BTC-yə 254 milyon 886 min 511 ton neft vurulub.

Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə ümumilikdə 486 min 320 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə