Azərbaycan sahibkarları beynəlxalq forumda iştirak edəcəklər
Gürcüstanda Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən SİA-ya verilən məlumata görə, Beynəlxalq İnvestisiya Forumu sentyabrın 29-30-da Tbilisi şəhərində baş tutacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr forumda iştiraka dəvət olunur. Forumda iştirak etmək istəyən azərbaycanlı sahibkarlar və iş adamları İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB