“Aztelekom” Açıq Səhmdar Cəmiyyətə çevriləcək

"Aztelekom" İstehsalat Birliyi və digər stasionar telekommunikasiya infrastrukturu ilə əlaqədar olan bütün müəssisələrin Açıq Səhmdar Cəmiyyətə çevrilməsi ilə bağlı müzakirələr aparılır". SİA-nın xəbərinə görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, "Aztelekom" və stasionar telekommunikasiya infrastrukturu ilə əlaqədar olan bütün müəssisələrin Açıq Səhmdar Cəmiyyətə çevrilməsi ilə əlaqədar işlər bu ilin sonuna və ya gələn ilin birinci rübünə qədər yekunlaşacaq.

"Azərpoçt" un özəlləşdirilməsi məsələsinə də toxunan nazir bildirib ki, bunun üçün yeni plan hazırlanmalıdır: ""Azərpoçt" un özəlləşdirilməsi məsələsi plan əsasında həyata keçirilməlidir. Yalnız bundan sonra müəyyən addımlar atmaq mümkündür. Bu gün "Azərpoçt"la bağlı bir çox yeni təkliflər var və həmin təkliflər üzərində də işlər gedir".

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...