"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2592 nömrəli quyu qazmadan sonra istismara verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildiriblər ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu 2457-2449 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu "Neft Daşları" neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB