Fermer və sahibkarların nəzərinə!

Kənd Təsərrüfatı Nazirliyi taxıl sortlarının toxumlarının düzgün seçilməsi ilə bağlı xəbərdarlıq edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bölgənin xüsusiyyətlərinə uyğun olaraq taxıl sortlarının düzgün seçilməsi və sertifikatlı toxumdan istifadə edilməsi yüksək məhsul əldə etməyin əsas şərtidir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi taxılçılıqla məşğul olan torpaq mülkiyyətçiləri rayonlaşmış, sertifikatlı, yüksək məhsuldar taxıl sortlarının toxumları haqda məlumatları nazirliyin rəsmi saytının http://agro.gov.az/ "Bitkiçilik" bölməsindən əldə etməyi tövsiyyə edir.

Məlumatda toxum istehsalı ilə məşğul olan fermerin adı, ünvanı, əlaqə telefonu, taxıl sortunun adı və reproduksiyası barədə məlumat öz əksini tapıb.

Əlavə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin Respublika Dövlət Toxum Müfəttişliyindən əldə edə bilərlər. Əlaqə telefonu: 012-498-63-72

Bütün xəbərlər Facebook səhifəmizdə