“Günəşli” yatağındakı yeni quyudan gündə 180 min kubmetr qaz hasil olunacaq

“Günəşli” yatağındakı yeni quyudan gündə 180 min kubmetr qaz hasil olunacaq

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 5-ci özüldən 84 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildiriblər ki, quyu qirməki üstü qumlu lay dəstəsindən, 3426-3387 metr intervaldan fontan üsulu ilə gündəlik 180 min kubmetr qaz və 40 ton kondensat hasilat ilə istismara daxil edilib. Quyuda istismar işləri "28 May" neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə