"Türkiyə Petrolleri Anonim Ortaklığı" şirkəti (TPAO) Hindistan və Pakistandan sonra Afrika qitəsində də neft axtarışları həyata keçirmək niyyətindədir. Türkiyə KİV-i xəbər verir ki, şirkət Afrikanın cənubunda yerləşən və neftdən ildə 70 milyard dollar gəlir götürən Anqolada kəşfiyyat işləri aparacaq. Dənizdə axtarışlar baha olduğundan, şirkət əsasən quruda qazma əməliyyatları həyata keçirəcək. Hazırda Anqolada bir neçə beynəlxalq neft şirkəti fəaliyyət göstərir.
Qeyd edək ki, TPAO "Şahdəniz-2" və Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələrində pay sahiblərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB