“Bakı ətrafı bölgələrdə qadınların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” layihəsinə start verilib FOTO
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Konrad Adenauer Fondunun birgə təşkil etdiyi "Bakı ətrafı bölgələrdə qadınların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi" layihəsinə start verilib. SİA-nın məlumatına görə, tədbiri açıq elan edən YAP GB ofisinin rəhbəri Əli Pənahov deyib ki, Almaniyanın Konrad Adenauer Fondunun 19-23 yanvar tarixlərində gənc siyasətçələr üçün təşkil etdiyi "Qış məktəbi"ndə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəallarının təqdim etdikləri bu layihə Azərbaycan, Gürcüstan və Ermənistanı təmsil edən 5 siyasi partiyanın təqdim etdikləri layihələr arasında qalib olub.
Layihənin koordinatoru Abbas Pənahov isə çıxışında deyib ki, layihə çərçivəsində 30 qadın iştirakçı fərdi sahibkarlıqla bağlı 1 günlük təlimdə iştirak edəcək: "Layihənin davamı olaraq, 18 avqust 2014-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunda təhsil turu təşkil ediləcək".
Konrad Adenauer Fondunun layihə koordinatoru Nurlana Cəlil isə layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Açılış mərasimindən sonra biznes konsultant Sürəyya Səfərovanın rəhbərliyi ilə təlimə start verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB