Əmək yarmarkasında 95 nəfər işləmək üçün göndəriş alıb

Əmək yarmarkasında 95 nəfər işləmək üçün göndəriş alıb

Qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək, onların əmək bazarında iştirakını təmin etmək məqsədilə respublikamızın ayrı-ayrı şəhər və rayonlarında davamlı olaraq keçirilən əmək yarmarkaları işaxtaran vətəndaşların məşğulluğunun təmin olunmasında mühüm rol oynayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin tədbirlər planına uyğun olaraq, növbəti əmək yarmarkası avqustun 14-də Oğuz rayonunda keçirilib.

Rayon məşğulluq mərkəzindən verilən məlumata görə, yarmarkaya rayonda fəaliyyət göstərən 30 müəssisə və təşkilatdan 180 boş iş yeri çıxarılıb.

"Oğuz Tikinti Mexanizasiya" ASC, çörəkbişirmə sexi, habelə rayonun tibb müəssisələri yarmarkaya daha çox boş iş yerləri təqdim ediblər. İş yerləri üçün təklif edilən əmək haqqı 105 manatdan 300 manatadək olub.

Üç yüz nəfərə yaxın işaxtaran vətəndaşın iştirak etdiyi yarmarkanın yekununda 95 nəfər işə göndəriş alıb. Bundan əlavə, 25 nəfər haqqı ödənilən ictimai işlərə, 12 nəfər isə peşə hazırlığı kursuna cəlb edilmək üçün qeydiyyata götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə