Qubada qaz olmayacaq

Bu gün saat 14:00-dan 18:00-dək Quba rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, fasilə qaz ölçü qovşaqlarında metroloji göstəricilərin təftiş olunması ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə