Azərbaycanda 204 ədəd qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub

Azərbaycanda 204 ədəd qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin Efir nəzarəti şöbəsi tərəfindən 204 ədəd qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub. SİA-nın məlumatına görə, bu barədə cümə axşamı DRİ-nin məlumatında deyilir.

Ötən dövr ərzində Dövlət Radiotezliklər İdarəsi tərəfindən 415 müəssisə və təşkilata texniki baxış keçirilib.

Aşkar olunan qeydiyyatdan keçməmiş radioelektron vasitələrin ümumi sayından 86 ədədi möhürlənib, 107-si qeydiyyata alınıb, qalan 11 vasitə üzrə qeydiyyat prosesi həyata keçirilir.

Radioelektron vasitələrin istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən 15 protokol tərtib edilib və müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə