"Azərmarka" yeni markası qızılgül

"Azərmarka" yeni markası qızılgül

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərmarka" şirkəti "Qızılgüllər" adı altında 4 poçt markası və 1 suvenir vərəq çap etdirib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, markaların hər birinin üzərində bir qızılgül növünün təsviri yer alır. Markalarda "Pleasure", "Bianka", "Freedom" və "Anastasia" qızılgül növləri təsvir olunub.

Poçt markaların nominal dəyəri 30 qəpiyə bərabərdir. Suvenir vərəqdə "Sympathie" qızılgül növünün şəkli əks olunub. Suvenir vərəqin nominal dəyəri 1 manat təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə