İyul ayında Ceyhandan 1,653 milyon tondan çox xam neft ixrac edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin iyul ayında Novorossiysk limanından 84 min 803 ton, Supsa limanından 334 min 805 ton, Ceyhan limanından 1 milyon 653 min 449 ton xam neft ixrac edib.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 593 min 25 ton, Supsa limanından 1 milyon 787 min 379 ton, Ceyhan limanından isə 11 milyon 967 min 342 ton xam neft ixrac edilib. Şirkət tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB