ARDNŞ-nin Rumıniya nümayəndəliyi xeyriyyə tədbirində iştirak edib

ARDNŞ-nin Rumıniya nümayəndəliyi xeyriyyə tədbirində iştirak edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya nümayəndəliyi Ramazan Bayramı münasibətilə keçirilmiş xeyriyyə tədbirində iştirak edib. Tədbirdə Rumıniyanın Dobroca regionunda yaşayan müsəlman icmasına ərzaq məhsullarından ibarət yardım paylanılıb. Türkiyənin Rumıniyadakı səfiri Ömür Şölendil, Konstansa şəhərinin Baş konsulu Əli Bozçalışkan, Türk İş Adamları Dərnəyinin (TİAD) İdarə heyətinin üzvləri də aksiyaya qoşulublar. Səfiri Ö.Şölendil belə bir xeyriyyə aksiyasında iştirak etdiyi üçün ARDNŞ-nə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə