Xızıda yol tikintisinə 4 milyon pul ayrıldı

Xızıda yol tikintisinə 4 milyon pul ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 4 milyon manat ayırıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə