Atatürk prospektindəki yerüstü piyada keçidində işlər yekunlaşır FOTO
"Paytaxtın Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidinində son tamamlanma işləri aparılır. Uzunluğu 86, eni 3,5, yerdən hündürlüyü isə 6,5 m olan keçid 3 giriş-çıxışdan ibarətdir". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
O bildirib ki, piyadaların rahatlığını təmin etmək məqsədilə 2 giriş-çıxışda hündürlüyü 7 m olan 4 eskalator, müasir işıqlandırma sistemi, izləyici kameralar və musiqi səsləndirilməsi üçün avadanlıq quraşdırılıb: "Hazırda keçidin döşəmə hissəsində sürüşkənliyin qaraşısını almaq məqsədilə xüsusi qranitlə üzlənmə və ətraf ərazinin abadlaşdırılması işləri həyata keçirilir. Piyadaların təhlükəsizliyini təmin edəcək yerüstü keçidin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB