"AtaBank" ASC tərəfindən jurnalistlərə PR-tur keçirilib. Tədbirdə "AtaHolding" ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova "AtaBank" ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində Korporativ Sosial Məsuliyyət sahəsində görülən işlər haqqında geniş məlumat verib. "AtaBank" ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində keçirilən tədbirlərdən video-süjetlər nümayiş edilib. Qeyd olunub ki, təkcə "AtaBank" ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində 15-ə yaxın tədbir keçirilib.
"Ata Bank" ASC-nin İdarə Heyətinin Üzvü və İcraçı direktoru Elnur Osmanov KİV nümayəndələrini qarşıdan gələn 22 iyul-Milli Mətbuat günü münasibəti ilə təbrik edib: "Onların bankın xidmətləri və yenilikləri barədə məlumatları ictimaiyyətin nəzərinə çatdırılmasında əvəzsiz rolları var. "Ata Bank" ASC gələcəkdə də jurnalistlərlə əlamətdar tarixləri qeyd edərək, qeyri-rəsmi görüşlər təşkil edəcək. Yeni və müasir bank məhsulları haqda dolğun məlumatın əhalinin nəzərinə çatdırması və müştərilərin maliyyə biliklərinin artırılması məqsədi ilə əməkdaşlığı gücləndirəcək".
Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB