İkinci körpü qatarların təhlükəsiz hərəkətini təmin edəcək

İkinci körpü qatarların təhlükəsiz hərəkətini təmin edəcək

İyulun 15-də Salahlı-Poylu mənzilinin 73-cü kilometrindəki Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünə ilkin baxış keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən verilən məlumata görə, uzunluğu 208 metr olan körpünün tikintisi Bakı-Böyük Kəsik istiqamətində artan yük daşımalarının həcmini tam yerinə yetirmək, yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Körpünün salınması ilə bu sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq və qatarların təhlükəsiz hərəkəti təmin ediləcəkdir. Ümumiyyətlə, ərazidə 1900 metr uzunluğunda dəmir yolu salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə