BTQ dəmir yolunun Azərbaycan hissəsinin tikintisi bu ilin sonunadək yekunlaşacaq
Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır. Bu sözləri Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir.
Dövlətimizin başçısı bildirmişdir ki, bununla da Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra etmiş oluruq.
Yaxın aylarda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsinin də istifadəyə veriləcəyini xatırladan Prezident İlham Əliyev bildirmişdir ki, bundan sonra ikinci mərhələnin inşası başa çatdırılacaqdır. Birinci mərhələ istifadəyə verildikdən sonra Bakının mərkəzindəki liman köçürüləcək və orada ictimai zonalar, ictimaiyyət üçün parklar yaradılacaq, digər məsələlər öz həllini tapacaqdır.

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB