“Azəriqaz “ 66 milyon kubmetrdən çox qaz satıb

2014-cü ilin iyun ayı ərzində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 66 549 555 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 151,4 faiz vəsait toplanıb.

SİA-nın şirkətin rəsmi saytına istinadən verdiyi xəbərə görə, vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2013-2014-cü illərin payız-qış mövsümündə tələbat artdığına görə əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib.

Həmin dövr ərzində yaranmış debitor borclar 2014-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir. Nəticədə cari ilin iyun ayı ərzində debitor borc 5,8 faiz azalıb.

Eyni zamanda, ötən ay qeyri-əhali sektoru üzrə 10 850 9517 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 104,3 faiz vəsait toplanıb.

2014-cü ilin 6 ayı ərzində ümumilikdə əhali sektoru üzrə 1 463 218 823 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 100,2 faiz, qeyri-əhali sektoru üzrə isə 997 776 888 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 93,1 faiz vəsait toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə