158 sərmayəçi şikayət etdi

2014-cü ilin yanvar-iyun aylarında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) 336 səhmdar cəmiyyət tərəfindən sərmayəçilərin hüquqlarının pozulması ilə bağlı 158 şikayət və 14 müraciət daxil olub.

SİA-nın komitəyə istinadən verdiyi xəbərə görə, 2013-cü ilin analoji dövrü ilə müqayisədə şikayətlərin sayı 5, müraciətlərin sayı isə 8 faiz azalıb.

Fəaliyyətlərində qanun pozuntularının müşahidə edildiyi SC-lərə 160,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib ki, bu da ötən ilin yanvar-iyun göstəricisini 6,7 dəfə üstələyir.

Qanun pozuntularının aradan qaldırılması üçün 46 SC-yə icrası məcburi göstərişlər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə