Fransa şirkəti "Azərkosmos" ASC ilə birgə aşağı orbitli peyk buraxıb
Fransanın "Airbus Defence and Space" şirkəti Azərbaycanın "Azərkosmos" ASC ilə əməkdaşlıqda aşağı orbitli peyk buraxıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə görə, söhbət 2014-cü il iyunun 30-da orbitə çıxarılan Yerin məsafədən zondlanması üzrə "SPOT-7" peykindən gedir: "Hazırda bu peykin idarə edilməsinin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə verilməsi ilə bağlı danışıqlar aparılır".
Qeyd edək ki, bu , buraxılış peyklərdən birgə istifadəni və geoloji informasiya sahəsində ASC-nin imkanlarının genişləndirilməsini nəzərdə tutan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə strateji əməkdaşlıq üzrə sazişin reallaşdırılmasının başa çatdırılması prosesində mühüm addımdır.
"Azərkosmos" və "Airbus Defence and Space" bu ilin mayında saziş imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB