“SOCAR-AQŞ” MMC daha bir neft quyusunda qazma işlərini başa çatdırıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və "Abşeron Qazma Şirkəti"nin (AQŞ) birgə müəssisəsi olan "SOCAR-AQŞ" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) daha bir neft quyusunda qazma işlərini başa çatdırmışdır.
MMC-nin mətbuat xidmətindən bildirmişlər ki, müəssisə "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Günəşli" yatağının dayazsulu hissəsində 11 nömrəli stasionar dəniz özülündəki 307 nömrəli quyuda qazma işlərini yekunlaşdırmışdır. Fasilə lay dəstəsinə 3 min 402 metr dərinlikdə qazılan quyuda işlər vaxtından əvvəl başa çatdırılmışdır. Quyuya istismar kəməri endirilmiş, sementlənmiş və kipliyi yoxlanılmışdır.
Məlumatda bildirilir ki, "SOCAR-AQŞ" MMC əvvəllər olduğu kimi, bu quyuda da qazma işlərini təhlükəsiz, ətraf mühiti çirkləndirmədən, vaxtından əvvəl və yüksək keyfiyyətlə aparmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə