Cari ilin yanvar-may aylarında əhalinin hər nəfərinə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 1603,9 manat və ya ayda orta hesabla 320,8 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilə 15 milyard manatlıq gəlirin 70,3 faizi son istehlak xərclərinə, 11,5 faizi vergilərin, kreditlər üzrə faizlərin, sosial sığorta və üzvlük haqlarının ödənilməsinə sərf edilib, 18,2 faizi isə yığıma yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirləri 13,7 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 4,6 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB