Bakıda işinə başlayan başlayan V Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF) bu gün işini davam etdirir. SİA-nın xəbərinə görə, bu gün forumda müzakirələr 3 seksiyada təşkil olunub.
1-ci seksiyada "Qafqaz regionunda avtomobil sığortasına ümumi baxış", "İddiaların dəyərinin optimallaşdırılmas texnologiyası", "Avtomobil sığortası iddiaları üzrə ölkələrarası əməkdaşlıq", "Yaşıl kart sistemi: Bu Qafqaz regionu üçün gərəklidirmi?" mövzularə ətrafında müzakirələr aparılır.
Forumun 2-ci seksiyası risklərim idarə edilməsinə həsr olunub. Burada "Maddi qeyri-sabitlik və geopolitik təzyiq dövründə risklərin idarə edilməsi", "Enerji, qaz və neft sektoru, tikinti sahəsi üzrə risklərin idarə edilməsi", "Ortaya çıxan risklər və məlumatların idarə edilməsi" müzakirə edilir. 3-cü seksiyada isə həyat sığortası ilə bağlı fikir mübadiləsi aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB