Komitə sədri: "Ölkədə idxal olunan benzin yüksək tələblərə cavab verir"
"Azərbaycanın idxal etdiyi benzin çox keyfiyyətlidir və ən yüksək tələblərə cavab verir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, idxal strukturları qarşısında ölkəyə gətirilən yanacağın hətta "Avro-5" standartlarının tələblərinə uyğun gəlməsi ilə bağlı şərt qoyulub: "Lakin ölkədə istehsal olunan benzin "Avro-4" tələblərinə cavab vermir. Bu, Azərbaycanda bu gün istifadə olunan Aİ-92 benzinidir. Bunun səbəbi ondadır ki, ölkədə yeni avtomobillərlə yanaşı, köhnə avtomobil parkı da mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB