Qiymət artımı nəzarətə götürüldü
İşbazlara bəd xəbər

Hər il olduğu kimi bu ildə də bəzi işbazlar canlanmadan istifadə edərək, insanların cibinə girməyə çalışacaqları istisna olunmur. Qarşıdan isti yay ayları gəlir. Azərbaycanda havaların istiləşməsi sərinləşdirici içkilərin və dondurma bazarında canlanmasına səbəb olub.

Hər il olduğu kimi bu ildə də bəzi işbazlar canlanmadan istifadə edərək, insanların cibinə girməyə çalışacaqları istisna olunmur.

Son vaxtlar ölkədə tütün məmulatlarının, o cümlədən digər qeyri-ərzaq məhsullarının da qiymətlərində artım müşahidə olunur.

Məsələyə İqtisadi İnkişaf və Sənaye Nazirliyinin (İİSN) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev münasibət bildirib.

A.Əliyev deyib ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yay mövsümü ilə əlaqədar əhalinin sərinləşdirici içkilərə olan təlabatının artmasını əsas götürərək, nəzarət tədbirlərini gücləndirib.

O vurğulayıb ki, istehlak bazarında sözü gedən məhsulun keyfiyyəti ilə yanaşı, qiymətlərinə dair də monitorinq aparılır: "Monitorinqlərin nəticələrinə əsasən sərinləşdirici içkilərin qiymətində dəyişiklik qeydə alınmayıb. Bununla belə siqaret, saqqız və digər məhsulların qiymətində hər hansısa dəyişiklik qeydə alınmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə