Dünya birjalarında neftin qiyməti ucuzlaşmışdır. Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 102,47 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir barelinin qiyməti 0,58 dollar azalaraq 108,83 dollar təşkil etmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirmişlər ki, "AzəriLayt" markalı neftin bir barelinin qiyməti London birjasında 0,38 dollar ucuzlaşaraq 111,69 dollar olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB