Kare Fostervold: “Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiq edib”
"Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiq edib". SİA-nın xəbərinə görə, bu sözləri Norveçin neft və energetika nazirinin müavini Kare Fostervold Bakıda keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgisinin açılış mərasimində çıxış edərkən deyib. Kare Fostervold Azərbaycanın şəffaflıq sahəsində fəaliyyətini alqışladıqlarını da vurğulayıb.
Tədbirdə həmçinin Avropa Birliyinin enerji komissarı Günter Ottinger məktubu oxunub.
Məktubda qeyd edilir ki, Cənub Qaz Dəhlizi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub: "Azərbaycan qazının 2019-cu ilə qədər Avropaya çatdırılması istiqamətində qarşıda həlledici addımmlar durur. Cənubi Qaz Dəhlizi Avropa Birliyinin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu dəhliz Avropa ölkələrinin minimum 10, maksimum 20 faiz tələbatını ödəyə bilər. Türkmənistan üzrə Transxəzər kəməri ilə bağlı danışıqları da dəstəkləyirik. Komissiya və Avropa adından qeyd etmək istəyirəm ki, biz gələcək əməkdaşlığa nikbin baxırıq".
Tədbirdə çıxış edən BP şirkətinin baş icraçı direktoru Robert Dadli bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi sahəsində BP Əsrin Müşaviləsinə imza atıb və Azərbaycan aparıcı neft-qaz ölkəsinə çevrilib: "Biz 20 il Əsrin Müqaviləsini imzaladıq. Bu, tək Azərbaycan üçün deyil, BP üçün çox faydalı olub. Prezident İlham Əliyevin və ARDNŞ-in dəstəyi olmasaydı, bu uğurlar qazanıla bilməzdi. Aparıcı infrostruktur yaradılıb və Xəzər dənizində böyük platformalar qurulub. "Azəri-Çıraq-Günəşli" yatağından dünya bazarına 2500 tanker yola salınıb. Ötən ilin sonunda Şahdəniz yatağının ikinci mərhələsinin təsdiqlənməsi ilə bağlı BP və ARDNŞ yeni işlər görülüb. Sualtı hasilatda yeni texnika istifadı ediləcək. Cənub Qaz Dəhlizi üçün 3500 km boru tikiləcək, bu, Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 2 dəfə uzun olacaq. Nəticədə çoxsaylı iş yerləri yaranacaq".
O, BP-nin Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarına dəstək verəcəyini nəzərə çatdırıb: "Bu, bizim gələcəyə qoyulmuş sərmayəmizdir".
Çıxışlar başa çatandan sonra Prezident İlham Əliyev sərgi ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB