"Türkiyənin TANAP layihəsində payının artırılması Azərbaycan üçün önəmli hadisədir"

"Türkiyənin TANAP layihəsində payının artırılması Azərbaycan üçün önəmli hadisədir"

"İstanbul şəhərində Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində Türkiyənin payının artırılması ilə bağlı sənədlərin imzalanması Azərbaycan Dövlət Neft Şirkətinin hələ bir il öncə elan etdiyi strategiyaya uyğun həyata keçirilib". Bu barədə iqtisadçı-ekspert İlham Şaban SİA-ya açıqlama verib.

Onun sözlərinə görə, bu layihədə Türkiyənin payının artırılması Azərbaycan üçün önəmlidir: "Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) öz payını 10 faiz azaldıb. ARDNŞ hələ 1 il öncə elan etmişdi ki, özündə olan 80 faizi 51 faizə qədər endirmək niyyətdindədir. Bu da TANAP kimi iri bir layihədə maliyyə risklərinin azaldılması yönündə atılan addımdır. Starateji tərəfdaşımız olan Türkiyənin TANAP layihəsində payının artırılması Azərbaycan üçün önəmli hadisədir. Ona görə ki, Azərbaycan və Türkiyə bu layihənin inkişafını gələcəkdə də birgə olaraq davam etdirəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə