İqtisadçı-ekspert: "Pullu yollar alternativlik imkanı yaradacaq"
"Pullu yollardan istifadəyə görə yığılan vəsait həmin yolların davamlı yaxşı vəziyyətdə saxlanmasına, yaxşı xidmət göstərməsinə şərait yaradacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev deyib.
O, digər yollardan fərqli olaraq pullu yolların saxlanılmasında iştirak edən insanlara buradan yığılan pulların hesabına maaş ödəniləcəyini qeyd edib: "Pullu yolların tətbiq olunduğu istiqamətdə mütləq alternativ yollar olmalıdır. İnsanların pulsuz yollardan istifadə etmək imkanı olmalıdır. Pullu yollardan istifadə etməyə hər kəsin imkanı çatmaya bilər. Bu təcrübənin tətbiqi insanların rahatlığına xidmət edəcək. Pulsuz yollar daha uzun olduğuna, avtmobillə daha çox yükləndiyinə, daha keyfiyyətsiz xidmət göstərildiyinə görə insanların bir qismi əlavə ödəniş hesabına daha rahat pullu yollardan istifadə edə biləcəklər. Pullu yollar alternativlik imkanı yaradacaq. Pullu yollar, həmçinin digər yolların salınması, tıxacların aradan qaldırılması, yolların bir hissəsinin xərclərində dövlətin yükünün azaldılması baxımından əhəmiyyət kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB