Fermerlərə aqrar kreditlərin verilməsi şərtləri dəyişəcək

Fermerlərə aqrar kreditlərin verilməsi şərtləri dəyişəcək

"Azərbaycanda regionlarda fermerlərə verilən aqrar kreditlərin şərtlərinin yüngülləşdirilməsi ilə bağlı təkliflər planı hazırlanır". SİA-nın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni təkliflərə əsasən regionlarda fermerlərə aqrar kredit veriləndə girov da rayonlarda tələb ediləcək: "Bu vaxta kimi regionlarda fermerlərə aqrar kredit veriləndə girov Bakıdan qoyulurdu. Bu təkliflər planında ən prioritet məsələ elə budur ki, fermerlərə kredit verilən zaman girov onun yaşadığı rayondan tələb olunsun".

İ.Quliyev qeyd edib ki, təkliflər planında kreditin faizi və müddəti ilə bağlı daha güzəştli şərtlər yer alıb

Bütün xəbərlər Facebook səhifəmizdə