Son zamanlar cənub bölgəsində çayçılıq sahəsinə maraq xeyli artıb. Astara və Lənkəran rayonlarında yeni-yeni plantasiyalar salınır. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, çayçılıqla məşğul olan fermerlərin daha çox qarşılaşdıqları problem əsasən mini texnikaların olmaması ilə bağlıdır. İndi bu problem də həllini tapır. Beləki,bu günlərdə dövlət tərəfindən 1 ədəd mini texnika sınaq üçün Lənkərana göndərilib.
Azərbaycan elmi tədqiqat bağçılıq və subtropik bitkilər institunun Lənkəran çay filialının direktoru Fərman Abdullayev bildirib ki, fermerlərin əsas problemi müasir, mini texnikaya olan ehtiyacdır.Hazırda çayçılıq sahəsində əl əməyini qismən azaldan və cərgələrarası şumlama işlərini həyata keçirən texnika sınaqdan keçirilib. ilkin sınaqlar göstərirki, gələcəkdə çay sahələrinin becərilməsində bu texnikanın imkanlarından geniş istifadə ediləcək.
Hazırda institut, çayın seleksiyası və aqrotexniki inkişafı üçün işlər aparır.Yeni seleksiya sortlarının bir neçəsi, sort sınağına təqdim olunub. Müsbət cavab alınsa, həmin sortlar müasir üsullarla artırılaraq plantasiyalarda əkilməsi üçün fermerlərə tövsiyyə ediləcək.
Qeyd edək ki,hazırda alıcılara yerli çayın 4 növü təklif olunur.Növündən aslı olaraq 1 kq çayın qiyməti 20-50 manat arası dəyişir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB