Bakıda Ağa Nemətulla küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində yol tunelinin sağ hissəsində kommunikasiya xəttinin tutulması nəticəsində çökmə baş verib. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
O bildirib ki, kanalizasiya xətti tutulduğundan, çirkab suları yolun əsasını yuyub və nəticədə yolun bir hissəsi çöküb.
Onun sözlərinə görə, hazırda yolun çökən hissəsi çirkab su ilə dolu olduğundan, çökmənin dərinliyini ölçmək mümkün deyil: "Lakin hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər davam edir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri həmin ərazidədirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB