Əsas yollardan birində hərəkət məhdud olacaq

Əsas yollardan birində hərəkət məhdud olacaq

Mayın 1-dən 2-nə keçən gecə Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

O bildirib ki, bu gün axşam saat 22:00-dan etibarən paytaxtın Nəriman Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yolun üfüqi nişanlanması işlərinin aparılmasına başlanacaq.

Onun sözlərinə görə, bununla əlaqədar yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq: "Yolda Fətəli xan Xoyski ilə küçəsi ilə kəsişmədən sonunadək xətlənmə işləri görüləcək. Lakin küçənin Heydər Əliyev prospekti ilə kəsişməsindəki tuneldə xətləmə işləri aparılarkən yolda hərəkət tam məhdudlaşdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə