"Hədəfimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir"

"Hədəfimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir"

"Qazanılan uğurlar yeni-yeni hədəflərin müəyyənləşdirilməsi üçün əsasdır. Qarşıdakı illər üçün başlıca hədəflərdən biri də Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın əsas göstəricisi olan büdcə son 10 ildə 20 dəfədən çox artıb: "Ölkədə həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin illik artım sürəti ötən on ildə dünya ölkələri arasında ən yüksək göstəricilərdən birini təşkil edir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığında həlledici rol oynayır. İqtisadi sahədəki islahatlar güclü sosial siyasətlə tamamlanır. Bu uğurlara əsas verən amil isə düzgün və düşünülmüş siyasətdir. Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edir".

Bütün xəbərlər Facebook səhifəmizdə