Böyük Bakı Regional İnkişaf Planı iki ay ərzində hökumətə təqdim edilə bilər
"Böyük Bakının regional inkişaf planı layihəsi üzrə ictimai dinləmələr mayın 14-də keçiriləcək". SİA-nın xəbərinə görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov jurnalistlərə açıqlamasında deyib.
Layihə üzərində işlərin başa çatdığını dilə gətirən sədr müavinin sözlərinə görə, yekun sənəd mərkəzi icra hakimiyyəti orqanlarına razılaşdırmaq üçün göndərilib: "Güman edirəm ki, iki ay ərzində sənəd Nazirlər Kabinetinə təqdim ediləcək".
Plana ediləcək dəyişikliyə gəlincə, Dövlətxanov vurğulayıb ki, əgər müzakirələr zamanı konstruktiv təkliflər verilərsə o zaman baş planda hər hansı bir dəyişiklik edilə bilər.
Qeyd edək ki, Plana əsasən 2030-cu ilə paytaxt əhalisinin 745 min nəfər artacağı, əhalinin sayı isə ümumilikdə 3,35 milyon nəfər olacağı gözlənilir..2030-cu ilə paytaxtın neft mədən ərazilərinin təxminən 22 min hektarı becəriləcək, onun böyük hissəsi meşə-park zonasına ayrılacaq. Qarşıda hazırda təsərrüfat subyektlərinin istifadə etdikləri və ya tərk edilmiş ərazilərin ən azı daha 34 min hektarını yaşıllaşdırmaq durur: burada parklar, bağçalar salınacaq. Həmin ərazilərin abadlaşdırılması prosesində küçə-yol şəbəkəsi yüz kilometrlərlə uzadılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB