“Günəşli” yatağında quyu istismara verildi

“Günəşli” yatağında quyu istismara verildi

"Günəşli" yatağındakı 13-cü özüldən 351 nömrəli quyu qazmadan sonra istismara verilib. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ARDNŞ-nin "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 3065-3027 metr intervaldan sutkalıq 75 ton neft və 11000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə