Elektron ticarət dövriyyəsinin həcmi 684 min manat təşkil edib
Azərbaycanda bu ilin birinci rübündə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artaraq 683,7 min manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata əsasən, əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 81,7faizini hüquqi, 18,3faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,6 faizini qeyri-ərzaq malları təşkil edib.
Bu arada bildirməliyik ki, son bir ayda elektron ticarət dövriyyəsi 34 faizədək, fiziki şəxslərin internet üzərindən alış-verişə olan marağı isə 0,5 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB