2021-2024-cü illərdə Xəzər dənizində neft hasilatı ildə 200 milyon tona, qaz hasilatı 270 milyard kubmetrə çata bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə "LUKOYL"un Direktorlar Şurasının sədri Valeri Qrayfer bildirib.
"Xəzər dialoqu" beynəlxalq iqtisadi forumunda çıxış edən Qrayfer bildirib ki, dəniz layihələri xüsusilə də Xəzərlə bağlı layihələr şirkət üçün mühüm əhəmiyyətə malikdir.
"Baxmayaraq ki biz Baltik dənizində, xaricdə Rumıniyada, Vyetnamda və digər ölkələrdə işləyirik, fəaliyyətimizin əsas istiqamətləri neft hasilatının artırılması ilə yanaşı, kadrların hazırlanması, ekoloji vəziyyətə diqqət və avadanlıqların etibarlılığıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB