Gürcüstanın Batumi şəhərində SOCAR brendi ilə işləyən yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin kombinə olunan yeni məntəqəsinin açılışı olub.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən məlumata görə, bu, Gürcüstanda SOCAR brendi ilə fəaliyyət göstərən sayca 110-cu YDM-i, 16-cı qazdoldurma stansiyasıdır. YDM ən müasir avadanlıqlarla təchiz olunub. Həmin qurğular yanacağın dəqiq, təhlükəsiz doldurulmasına imkan verir.
YDM-də fasiləsiz market və kafe fəaliyyət həmçinin təkərlərdə təzyiqin tənzimlənməsi, avtomobilin su ilə təchizatı, salonun təmizlənməsi kimi xidmətlər də təklif olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB