Xocalı prospektində təmir işlərinə başlanılıb

Xocalı prospektində təmir işlərinə başlanılıb

Bakıda Xocalı prospektində təmir işlərinə başlanılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin SİA-ya verdiyi xəbərə görə, təmir edilən ərazinin uzunluğu 1100 metrə yaxındır.

Onun sözlərinə görə, hazırda həmin ərazidə köhnə beton bardürlərin sökülərək daşınması və köhnə asfalt beton örtüyünün qaşınması işləri həyata keçirilir: "Köhnə bardürlər sökülüb daşındıqdan sonra yeni mərmər bardürlərin qoyulması işlərinə başlanılacaq və bunda sonra da yeni asfalt beton örtüyü salınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə